AZ

ABŞ-ın Azərbaycana münasibəti 6 ayda tam dəyişdi....

Image

"ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin Azərbaycan prezidenti ilə görüşdən sonra jurnalistlərə dediyi bir çox fikirlərin arasında biri diqqətimi xüsusi cəlb etdi.Bu sözlər ötən ilin dekabrında ABŞ-  konqresində " Dağlıq Qarabağın hüquqları" adlı müzakirədə söylədiyi fikirlərin 180 dərəcə tərsi olduğu üçün diqqətimi çəkdi. O' Brayen dedi ki, indi hər şey Azərbaycanla Ermənistanın Gürcüstandan keçməklə Qara dənizə yükləri çatdıran marşrut barədə razılaşmanı əldə etməsindən asılıdır. O diplomat kimi danışdı, biz  isə çox sadə dildə bunu belə başa düşürük  ki, ABŞ Azərbaycanla Ermənistanın böyük bir layihə ətrafında sıx və uzunmüddətli əməkdaşlığına nail olmaq üçün indi var gücü ilə çalışır."
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.  A.Quliyev daha sonra yazır: "Halbuki O' Brayen ötən ilin dekabrında bunun tam əksini iddia edirdi. Ermənilər Qarabağdan çıxıb gedəndən sonra yuxarıda adını çəkdiyim müzakirələrdə o demişdi ki, bundan sonra Azərbaycanla münasibətlərimizdə heç nə əvvəlki kimi olmayacaq,  Ermənistandan keçməyən heç bir dəhlizi tanımayacağıq, yəni Naxçıvana İran üzərindən gedən yolun əleyhinə çıxmışdı.
Mövqelər arasında kəskin  fərq aydın görsənir. O zaman Ermənistana görə Azərbaycana düşmən kimi baxılırdısa , bu gün əksinə, Azərbaycanla Ermənistanın birgə həyata keçirəcəkləri (?)   layihəni regionu "nicat marşrutu" hesab edir.
Mərkəzi Asiyadan Atlantikaya qədər, Tacikistandan Kiyevə qədər milyonlarla insan bu layihələrdən götürüləcək mənfəətlərə ümid edir.....Bu da O' Brayenin indi dediyi sözlərdir.
Burada kimin üçünsə "diplomatiyanın gücündən", kimin üçünsə  "diplomatiyanın dəyişən havasından" danışmaq lazım gəlir..."

Mətləb






Seçilən
32
1
baki-xeber.com

2Mənbələr