AZ

“Azərişıq” ASC-nin sədri Ağcabədidə vətəndaşlarla görüşüb

Yazını böyüt
Yazını kiçilt

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyunun 28-də Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq Ağcabədi və Zərdab rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunub.

ASC-dən hafta.az-a bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Ağcabədi rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.

Ağcabədi Elektrik Şəbəkəsinin inzibati binasında keçirilən görüşdə qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, həmçinin qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Hər iki rayonun müxtəlif kəndlərindən gələn sakinlər regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işlərinə, eləcə də vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, “Azərişıq” ASC-nin həyata keçirdiyi bütün tədbirlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkisinin minimuma endirilməsinə hədəflənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
19
hafta.az

10Mənbələr