AZ

YAP Xətai rayon təşkilatınınZığ yolu 22 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib

Bakı. Trend:

İyunun 28-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayontəşkilatının Zığ yolu 22 ünvanı üzrə ərazi partiya təşkilatındanövbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri VüqarRəhimzadə Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasirmüstəqil, qalib Azərbaycanın, həmçinin ölkəmizdə gedən bütünproseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasınınuğurlarından, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə doğruatılan addımlardan geniş bəhs edib. Bildirib ki, dövlətimizindüşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində hər günmüstəqillik tariximizə uğur səhifəsi kimi yazılır. Azərbaycanınbugününü dünəni ilə müqayisə etdikdə müstəqillik yolumuzun heç dəhamar olmadığı özünü qabarıq şəkildə büruzə verir. Dövlətimizinbaşçısı İlham Əliyev daim belə bir çağırışı səsləndirir ki,müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinin müqayisəli təhliliəsasında indiki və gələcək nəsillərə Azərbaycanın keçdiyi inkişafyolu barədə dəqiq məlumatlar verilməli, ən əsası bugünümüz üçünkimə borclu olduğumuzu bilməliyik.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın hər bir uğuru HeydərƏliyev siyasətinin təntənəsidir. Bu yol ölkəmizə bundan sonra dadavamlı uğurlar qazandıracaq. Hazırda tarixi Zəfərimizinreallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə həyatakeçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, soydaşlarımızındoğma yurd-yuvalarına mərhələli şəkildə qayıdışı, dövlətimizinbaşçısının sakinlərlə görüşlərində yeni qayıdış ünvanlarınınmüjdəsini çatdırması və sair kimi biri-birindən mühüm tariximəqamlar Azərbaycanın hər bir hədəfə zamanında və yüksək səviyyədənail olduğunu nümayiş etdirir.

YAP Xətai rayon təşkilatının sədri diqqəti iyunun 15-də Şuşadapartiyanın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransayönəldərək vurğulayıb ki, hər bir tədbir əhatə etdiyi mövzu iləbağlı reallıqların ictimaiyyətə çatdırılması ilə yanaşı, müəyyənçağırışları özündə ehtiva edir. Türk dünyasının böyük bir ailəolduğunu ən yüksək tribunalardan bəyan edən dövlətimizin başçısıİlham Əliyev “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar vəqlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru”mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində dəbildirdi ki, son zamanlarda yeni strateji hədəflərə doğru inamlairəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən,beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan TürkDövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarlaüzləşirlər. Bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylikşəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlıanlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığaəsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm dəqlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edənçox önəmli amildir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan yerləşdiyi coğrafiməkana görə daim ölkələri, xalqları bir araya gətirən mərkəz kimidünyanın diqqətindədir. Ölkəmizin dünyaya birlik, həmrəylik,dostluq çağırışları xarici siyasətimizin əsas prinsiplərinintəqdimatında əhəmiyyətli rol oynayır. Bu birlik, həmrəylikcəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasınınfəaliyyət istiqamətlərində mühüm yer tutur. Bu baxımdan partiyanıntəşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq konfransın türkdünyasının birliyi üçün önəmi bu gün də geniş təhlilolunmaqdadır.

Tədbirdə çıxış edən partiya üzvləri Günel Qəmbərova, NəzakətKərimova və Leyla Məmmədova qeyd ediblər ki, güclü, qüdrətli,tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan hər birimizinqürur mənbəyidir. Bugünümüzün gerçəklikləri Ulu Öndər HeydərƏliyevin 1 oktyabr 2003-cü ildə xalqa tarixi müraciətində yer alanbu əminliyin təsdiqidir. Belə ki, Ümummilli Lider cənab İlhamƏliyevə Özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyinibildirərək onu da qeyd etmişdir ki, həm İlham Əliyev, həm də YeniAzərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqliövladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinininkişafı, xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.Axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işlərixalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdırabiləcək.

Sonda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsitəqdim olunub.

YAP
YAP
YAP
YAP
YAP
YAP
YAP
Seçilən
79
43
az.trend.az

10Mənbələr