AZ

ABŞ mətbuatından Bayden-Tramp debatına REAKSİYALAR

“Gecəniz xeyrə və əlvida, Co!”.

 

Viral.az xəbər verir ki, ABŞ mediasında prezidentliyə namizədlər Donald Tramp və Co Bayden arasındakı debata yuxarıdakı kimi və fərqli formalarda müxtəlif reaksiyalar olub.

 

ABŞ-ın hazırkı və keçmiş prezidentləri Co Bayden və Donald Tramp CNN telekanalında televiziya debatında çəkişiblər. Debat 90 dəqiqə davam edib.

 

CNN-in siyasi şərhçisi Con Kinq debat zamanı Demokratlar Partiyasının yüksək səviyyəli nümayəndələrinə zəng edib, onlar bildiriblər ki, Baydenin cavabları partiyanı qane etməyib:

 

“Partiyada dərin panika var. Onlar Baydendən seçkidən çəkilməsini istəməli olub-olmaması ilə maraqlanırlar. Daim qışqırırlar: “Aman Allahım, biz nə edək?”.

 

“Wall Street Journal”: “İlk prezidentlik debatında Bayden demokratların nədən qorxduğunu nümayiş etdirdi. Enerji və mübarizə qabiliyyətinin olmaması. Tramp isə əksinə, 90 dəqiqəlik təhqirlər və siyasi antaqonizm nümayişində öz soyuqqanlılığını qoruyub saxlaya bildi”.

 

“New York Times”: “Trampın aldadıcı hücumları qarşısında Bayden sarsıntılı və arxayın görünmürdü. Baydenin çıxışı qeyri-müəyyən və tutarsız idi. Bayden cavablarında çaşqın görünürdü”.

 

“New York Post”: “Gecəniz xeyrə və əlvida, Co! Bu, Bayden üçün fəlakət idi. Milyonlarla insan onun prezidentliyinin sonunu indicə televiziyada canlı izləmişdi”.

 

“USA Today”: “Demokratlar Co Baydenin debatdakı uğursuzluğundan şoka düşüblər. Bəziləri deyir ki, o, başqa bir demokratın namizədliyini irəli sürmək üçün namizədliyini geri götürməlidir”.

 

“Washington Post”: “Bayden mart ayında yüksək ruhlu bir çıxış etdi. Amma rəqiblə debat ssenarili çıxışdan çox fərqlidir. Debat zamanı Bayden Trampı ağlayan, uduzan uşaq adlandırıb. Lakin bu bəyanatlar Baydenin ümumi performansı kimi düzgün təəssürat yaratmadı”.

 

Qeyd edək ki, seçkilər noyabrda baş tutacaq.

Bu xəbər ilə bağlı

Dünənki debatda kim qalib gəldi? – SORĞU

Xəbəri oxu

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
50
viral.az

10Mənbələr