AZ

Sentyabr və oktyabr aylarında Suqovuşana 190 ailənin köçürülməsi nəzərdə tutulur -Elçin Yusubov

Bu ilin sentyabr və oktyabr aylarında Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.

"Sonrakı illərdə bu rəqəm dəfələrlə artacaq. Artıq Ağdərə rayonunun Talış kəndində 20 ailə köçürülüb. Azad edilmiş ərazilərin məskunlaşdırılması yüksək sürətlə həyata keçirilir", - deyə o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
16
ikisahil.az

10Mənbələr