AZ

Ceyhun Məmmədov parlamentin işinə qərəzli yanaşmadan danışdı

“Dünən Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə sorğusuna baxaraq Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin təyin edilməsini qanunauyğun hesab edib.İndi cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri Milli Məclisə bu il keçiriləcək seçkilərlə bağlıdır. Bəzi qrupların parlamentin fəaliyyətini qiymətləndirərkən qərəzə yol verməsi özünü açıq göstərir”.

Viral.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında deputat Ceyhun Məmmədov bildirib.

“Parlamentin fəaliyyətilə bağlı hesab edirəm ki, bir neçə vacib məqama diqqət yetirilməlidir. Fəaliyyəti müddətində Milli Məclis bir neçə parlament ittifaqına rəhbərlik etdi. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasında və fəaliyyətinin qurulmasında üzərinə düşən işi ləyaqətlə yerinə yetirdi.    Ötən dövrdə parlament həm xaricdə, həm də ölkə daxilində onlarla tədbirdə fəal şəkildə iştirak edib. Sahibə xanım, siz və Milli Məclis Aparatının əməkdaşları demək olar ki, fəaliyyət dövrünün böyük hissəsini təyyarədə və yolda keçirdiniz. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyilə ötən dövrdə parlament diplomatiyası üzərinə düşən missiyanı böyük məsuliyyət və ləyaqətlə yerinə yetirdi”,- deyə o bildirib.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
49
viral.az

10Mənbələr