AZ

Obamanın həyat yoldaşının Bayden ailəsi ilə şəxsi ədavəti var

ABŞ-nin 44-cü prezidenti Barak Obamanın həyat yoldaşı Mişel şəxsi düşmənçiliyə görə hazırkı ölkə lideri Co Baydenin seçki kampaniyasında iştirak etməyəcək.

Məlumata görə, ölkənin keçmiş birinci xanımı və Demokratik Partiyanın ən populyar şəxslərindən biri ailə münaqişələri və partiya siyasətinə hörmətsizlik səbəbindən Baydenə dəstək üçün seçki tədbirlərinə qatılmayacaq.

Mişel Obamanın narazılığının səbəbi onun rəfiqəsi olan Ketlin Bulenin 2019-cu ildən bəri hakim ailədən qovulmasıdır.

Qeyd edək ki, Bule ABŞ prezidentinin oğlu Hanter Baydenin keçmiş həyat yoldaşıdır.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
oxu.az

10Mənbələr