AZ

“KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur” – Ermənistan XİN


“Ermənistan KTMT katibliyinə təşkilatın 2024-cü il büdcəsini imzalamayacağı barədə rəsmi məlumat verib”.
Yeniavaz.com
xəbər verir ki, bu, ölkənin XİN-nin factor.am nəşrinin sorğusuna cavabında deyilir.
“Ermənistan Respublikası KTMT Katibliyinə təşkilatın “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarını imzalamaqdan və bu qərarda nəzərdə tutulan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyi barədə rəsmi məlumat verib. Beləliklə, Ermənistan sözügedən qərarda nəzərdə tutulmuş maliyyələşdirmə ilə bağlı heç bir öhdəlik götürməyib”, - məlumatda deyilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva İrəvanın KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini özündə saxlamasından çıxış edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
20
yeniavaz.com

10Mənbələr