AZ

Niger ordusu ölkənin cənub-qərbində 30-a yaxın terrorçunu məhv etdi

Niger

Niger hökumət ordusu ölkənin cənub-qərbində 30-a yaxın silahlı terrorçunu məhv edə bilib.Ulusum.az xəbər verir ki, bu barədə "Maghreb Arabe Press" məlumat yayıb.Hərbçilər iyunun 25-də Niger Müdafiə və Təhlükəsizlik Qüvvələrinin Tassia kəndi yaxınlığında bölməsinə hücumda iştirak edən yaraqlıların izinə düşmək üçün əməliyyat keçirib. Həmin hücum nəticəsində 20 hərbçi və bir mülki şəxs həlak olmuşdu.Hərbçilər hava-kəşfiyyat vasitələri ilə Burkina-Faso istiqamətində qaçan terrorçuları aşkar etməyə nail olublar. Niger ordusu yaraqlıların logistika məntəqəsini də məhv edib. Bundan əlavə, təhlükəsizlik qüvvələri Banco kəndində 7 terrorçunu həbs edib.Nigerin Mali və Burkina-Faso ilə sərhədləri yaxınlığında yerləşən cənub-qərb bölgələri artıq bir neçə ildir ki, ekstremist və terrorçu qrupların fəallığının artdığı ərazidir.

Diqqət Çəkənlər

Lənkəranda "VAZ-2107" ağaca çırpılıb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Ağcaqanadlar niyə qan udur?

Sumqayıtda dənizdə batan qadın tapılıb

Seçilən
21
3
ulusum.az

4Mənbələr