AZ

Aİ-yə tamhüquqlu üzv olmaq Türkiyənin strateji hədəfi olaraq qalır -ƏRDOĞAN

Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv olmaq Türkiyə üçün strateji hədəf olaraq qalır.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada estoniyalı həmkarı Alar Karislə keçirdiyi mətbuat konfransında deyib.

 

“Mütəmadi olaraq vurğuladığımız kimi, Avropa İttifaqına tamhüquqlu üzv olmaq bizim strateji hədəfimizdir. Aİ-nin də Türkiyəyə eyni mövqedən yanaşması ümumi maraqlarımıza uyğundur. Əminəm ki, Estoniyanın bu kontekstdə Türkiyəyə dəstəyi bundan sonra daha da artacaq. Mən bu gözləntilərimi Karisə də söylədim”, - Ərdoğan vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
28
senzor.az

10Mənbələr