AZ

Ərdoğan Türkiyənin strateji hədəfini AÇIQLADI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin strateji məqsədinin Avropa İttifaqına tamhüquqlu üzv olmaq olduğunu bildirib.
O, bunu Ankarada Estoniya prezidenti Alar Karislə keçirdiyi mətbuat konfransında deyib.
"Avropa Birliyinə tamhüquqlu üzv olmaq bizim strateji hədəfimizdir. Aİ-nin Türkiyəyə eyni mövqedən yanaşması bizim ümumi maraqlarımıza uyğundur ki, bu kontekstdə Estoniyanın Türkiyəyə dəstəyi bundan sonra da güclənəcək. Bu gözləntilərimi cənab Karisə dedim", - deyə Ərdoğan bildirib.
Yaxın Şərqdəki vəziyyətdən danışan Türkiyə lideri qeyd edib ki, davamlı sülh iki dövlətli həllin həyata keçirilməsi ilə mümkündür və beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı öz fikrini bildirməlidir.
Mənbə: Anadolu
Seçilən
93
50
oxu.az

10Mənbələr