AZ

Ronaldo qrup mərhələsini qol vurmadan bitirdi - Tarixdə ilk dəfə

Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo ilk dəfə olaraq Avropa çempionatının qrup mərhələsini qol vurmadan tamamlayıb.

AzxeberSport xəbər verir ki, ulduz futbolçu 2004-cü ildən etibarən bütün Avropa çempionatlarında iştirak edən yeganə futbolçu kimi tarixə düşüb.

6 çempionatda iştirak edən Ronaldo ilk dəfə qrup mərhələsinə qol vura bilməyib.

O 2004 Avropa çempionatında 1, 2008-də 1, 2012-də 2, 2016-da 2, 2020 Avropa çempionatında isə 5 qol vurmağı bacarmışdı.

Seçilən
78
28
azxebersport.az

10Mənbələr