AZ

Zelenski Brüsselə gedib: Saziş imzalanacaq…

Ukrayna prezidenti Volodimir Zelenski Belçikaya səfər edib.Elchi.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.“Bu gün mən Avropa Şurasının iclasında iştirak etmək üçün Brüsseldəyəm və Avropa kursumuzun dönməzliyini təsdiqlədiklərinə görə bütün Avropa liderlərinə təşəkkür edirəm”, – deyə Zelenski yazıb.Respublika başçısının sözlərinə görə, Brüsseldə Avropa İttifaqı (Aİ) və Aİ-yə üzv dövlətlərin rəhbərləri ilə ikitərəfli danışıqlarda iştirak edəcək. Zelenski onu da qeyd edib ki, 3 təhlükəsizlik sazişinin imzalanması planlaşdırılır, onlardan biri bütövlükdə Avropa İttifaqı ilə olacaq.Aİ-nin Ukrayna ilə təhlükəsizlik sazişi imzalamaq niyyəti iyunun 21-də məlum olub. Brüsseldəki yüksək rütbəli diplomatik mənbənin qeyd etdiyi kimi, o zaman saziş Kiyev və Aİ-nin bir sıra üzvləri tərəfindən artıq razılaşdırılmışdı.Yeganə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
elchi.az

10Mənbələr