AZ

SOCAR 2023-cü ilin maliyyə göstəricilərini açıqlayıb

Bakı. Trend:

Qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə,enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbiiqaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, AzərbaycanDövlət Neft Şirkəti (SOCAR) 2023-cü ili qənaətbəxş nəticələrlə başavurmağa nail olub.

Trend-in SOCAR-a istinadənverdiyi məlumata görə, 2023-cü ildə SOCAR-ın ümumi dövriyyəsi 85,2milyard manat, ümumi mənfəəti 8,6 milyard manat, xalis mənfəəti isə2,1 milyard manat təşkil edib. Şirkətin gəlirlərinin əsas hissəsixam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldəedilib.

Hesabat ilində SOCAR-ın cari aktivləri 22,9 milyard manat, ümumiaktivləri 72 milyard manat təşkil edib. Bu xüsusda, şirkətinuzunmüddətli aktivləri 3,4 % artımla 49 milyard manata, cəmikapitalı 4,5 % artaraq 34,8 milyard manata yüksəlib.

Hesabat dövründə SOCAR-ın cari öhdəlikləri 32,4 % azalaraq 19,6milyard manat, uzunmüddətli öhdəlikləri 5,3 % azalaraq 17,6 milyardmanat, ümumi öhdəlikləri isə 21,9 % azalaraq 37,1 milyard manattəşkil edib.

Qeyd edək ki, SOCAR-ın 31 dekabr 2023-cü il tarixinəkonsolidasiya edilmiş maliyyə hesabatına nüfuzlu beynəlxalq auditşirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” tərəfindəndəyişilməmiş (təmiz) rəyi verilib.

Seçilən
124
29
az.trend.az

10Mənbələr