AZ

Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı 85 milyon dollara bərabər olub

2024-cü ilin yanvar- may aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq, 85 milyon dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Bu ilin may ayında Türkiyə Azərbaycana 17,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 4,2 faiz çoxdur.

2024-cü ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 6,7 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 8,7 faiz çoxdur.

Son 12 ay ərzində (may 2023- may 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
49
fins.az

10Mənbələr