AZ

"Zirə"nin rəqibi yoxlama oyunu keçirdi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olacaq Moldovanın "Şerif" komandası yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, Tiraspol təmsilçisi Moldovanın digər klubu "Petrokub"la gücünü sınayıb.

Qarşılaşma heç-heçə bitib - 1:1. "Şerif"in heyətində Joau Paulu penaltidən fərqlənib. Komandanın digər oyunçusu Adjak Riak isə növbəti "11 metrə"ni boşa verib. 

Tiraspollular beş gün əvvəl "Milsami" ilə sınaq matçında da qələbə qazana bilməmişdi (0:0). Komandanın növbəti rəqibi 30 iyunda "Zimbru" olacaq. 

Qeyd edək ki, "Şerif" və "Zirə" arasında keçiriləcək ilk görüş iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
fanat.az

10Mənbələr