Laçında yabanı halda bitən çətənə bitkiləri yandırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib.
Tədbir zamanı Qarıqışlaq kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 6050 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.