AZ

"Ukraynaya silah verməyin!" - Rusiyadan Cənubi Koreyaya XƏBƏRDARLIQ!

"Rusiya Cənubi Koreyaya Ukraynaya silah təhvil verməmək barədə xəbərdarlıq edir".


Sfera.az xəbər verir ki bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. 

 

“Seulun Kiyev rejiminə öldürücü silahların tədarükü məsələsi ilə bağlı mövqeyinə yenidən baxmaq üçün elan etdiyi planları nəzərə alaraq, biz Koreya Respublikasını Rusiya-Cənubi Koreya münasibətləri üçün geridönülməz nəticələrə səbəb ola biləcək tələsik addımlara qarşı xəbərdar etmək istərdik", - diplomat deyib. 

 

Qeyd edək ki, iyunun 24-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Seulun Rusiya Federasiyasına qarşı Qərbin sanksiyaları siyasətini ağılsızcasına izləməsi səbəbindən Rusiya ilə Cənubi Koreya arasında münasibətlər pisləşməkdə davam edəcək.

 

Əzizə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
41
sfera.az

10Mənbələr