AZ

Şimali Koreyanın hipersəs raketi buraxılışı uğursuz alınıb

Şimali Koreya hipersəs raketinin uğursuz buraxılmasını keçirib.

Avtosfer.az xəbər verir ki, AFP-nin Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, Pxenyan yaxınlığındakı ərazidən buraxılan raket təxminən 250 kilometr uçaraq suya düşüb.

Buraxılışı Yaponiya Sahil Mühafizəsi təsdiqləyib.

Bundan əvvəl Şimali Koreya mayın 30-da raket sınağı keçirmişdi. O zaman Seul Pxenyanın 10-a yaxın yaxınmənzilli ballistik raket buraxdığını bildirmişdi.

Mütəxəssislər Şimali Koreyanın artilleriya və qanadlı raketlərin istehsalını artırdığını, həmçinin Ukraynada istifadə üçün Rusiyaya sursat göndərməzdən əvvəl onların sınaqlarını artırdığını irəli sürürlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
4
avtosfer.az

10Mənbələr