AZ

Qəzza əhalisinin cəmi 4 faizi yemək tapır

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı təşkilatlar tərəfindən hazırlanan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatında Qəzza zolağında yüksək qıtlıq riskinin davam etdiyi bildirilir.

Məlumata görə, əhalinin 96 faizinin 2024-cü ilin sentyabrına qədər yüksək səviyyədə kəskin qida təhlükəsizliyi ilə üzləşəcək.

"Cebhe.info" xəbər verir ki, İsrailin hücumu altında olan Qəzza zolağında ərzaq təhlükəsizliyinin vəziyyətiylə bağlı yaxın günlərdə açıqlanması gözlənilən hesabatdan bəzi mühüm detallar IPC saytında paylaşılıb.

Saytda yer alan məlumatda Qəzzada yüksək qıtlıq riskinin davam etdiyi vurğulanıb. Qəzza əhalisinin təxminən 96 faizi olan 2,15 milyon insanın 2024-cü ilin sentyabrına qədər həddindən artıq aclıq mənasına gələn "qida təhlükəsizliyinin yüksək səviyyədə olması ilə üzləşdiyi" bildirilib. Bütün Qəzza zolağında 4-cü “fövqəladə vəziyyət” mərhələsinə aid edilib. Qərargahı Romada olan Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən edilən yazılı açıqlamada, IPC hesabatında göstərilən məlumatların Qəzzanın bütün hissələrinə davamlı girişin kritik əhəmiyyətini göstərdiyi ifadə edildi. 

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr