AZ

Qriqoryan: Bu, Moskvanın mövqeyindən asılıdır

Təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində Rusiya ilə münasibətlərdə gələcək vəziyyət Moskvanın mövqeyindən asılıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

O, Ermənistana silah və hərbi texnikanın tədarük strukturunda Rusiyanın payının 96%-dən 10% azaldığını bildirib. Ermənistan Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, bu, Rusiyanın qərarı ilə baş verib: "Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib, onlar hələ də müqavilələr üzrə nəzərdə tutulanları tam çatdırmayıblar. Onlar Ermənistanın başqa ölkələrdən silah almasından şikayətlənirlər, ancaq 2021-2022-ci illər üçün müqavilələr üzrə tədarükləri davam etdirmirlər", - Qriqoryan bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyanın buna səbəb kimi Ukraynadakı hərbi əməliyyatları göstərdiyini əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
54
50
milli.az

10Mənbələr