AZ

Azərbaycan Ordusunun məğrur şahinləri: Ölkənin hava məkanının etibarlı mühafizləri

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) Hücum Bazası ölkənin hava məkanının mühafizəsində mühüm rol oynayır.
"Report" xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növlərindən biri olan Hərbi Hava Qüvvələri (HHQ) 30 ilə yaxın davam etmiş işğala son qoyulmasında çox mühüm rol oynayıb.
O baxımdan, HHQ-də xidmət keçən hərbi qulluqçuların İkinci Qarabağ müharibəsinin "gizli qəhrəmanları" adlandırılması təsadüfi deyil.
Ən yeni dönəmdə öz igidlik və şücaətləri ilə Azərbaycanın Zəfər tarixinə adlarını yazdıran HHQ mənsubları arasında şəhidlik zirvəsinə yüksələnlər də var. Ölkə səmasının hakimi və mühafizi olan şahinlərdən beş nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Müdafiə Nazirliyi tərəfindən media nümayəndələrinin HHQ-yə məxsus bazalardan birinə təşkil etdiyi mediatur çərçivəsində bu qoşun növündə xidmətin təşkili və ümumi hazırlıq vəziyyətini yaxından müşahidə etmək imkanı yarandı.
Bazada xidmət edən hərbi qulluqçuların sözlərinə görə, HHQ sıralarında olmaq çətin, məsuliyyətli, eyni zamanda, çox şərəfli fəaliyyətdir. Onlar gecə-gündüz, yay-qış və isti-soyuq bilmədən Azərbaycan Ordusunda xidmət etməyin qürurunu yaşayırlar. Bir daha xatırladaq ki, İkinci Qarabağ müharibəsində HHQ-nin həm pilot, həm də texniki heyəti 7/24 rejimində çalışaraq təyyarələrin saz, döyüşə hazır vəziyyətdə saxlanılması üçün böyük fədakarlıq göstərib. Bazaya məxsus "hücumçu" savaşın davam etdiyi günlərdə məsafədən düşmən hədəflərinin vurulması tapşırığını yüksək dəqiqliklə yerinə yetirib.
Bazaya səfər çərçivəsində pilotların uçuş hazırlığı prosesi müşahidə olunub, şahinlərin nümayiş etdirdiyi uçuş məharəti maraqla izlənilib. Pilotların sərgilədiyi peşəkarlıq ölkə səmasının mühafizəsinin etibarlı əllərdə olduğuna bir daha qəti əminlik yaradır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
oxu.az

10Mənbələr