AZ

Yaponiyadan "Təcili kodlu" Şimali Koreya elanı

Yaponiya Baş Nazirinin ofisi fövqəladə kodlu bəyanat yayıb və Şimali Koreyanın ballistik raket atdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Sakit okeanda gərginlik hər keçən dəqiqə artmaqda davam edir. Yaponiya Şimali Koreyanın ballistik raket atdığını açıqlayıb.

Baş nazirlik tərəfindən "təcili xəbərdarlıq" başlığı ilə edilən açıqlamada Pxenyan rəhbərliyinin açıq şəkildə ballistik raket atdığı ifadə edilib.

Açıqlamada, sözügedən ballistik raketin Yaponiyanın müstəsna iqtisadi zonası xaricindəki sulara düşdüyü bildirilib.

Şimali Koreya daha əvvəl Cənubi Koreya, ABŞ və Yaponiya ilə gərginliyi çərçivəsində ballistik raketlər buraxmışdı.

Cənubi Koreya ordusu bəyan edib ki, Şimali Koreya bir-birinin ardınca içərisində zibil olan şarlar göndərməkdə davam edir.

Yonhap xəbərlərinə görə , Şimali Koreya yüzlərlə zibil balonunu göndərdikdən dərhal sonra eyni addımı atıb.

Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada, yeni göndərilən zibillə doldurulmuş balonların sayının hələ bilinmədiyi və onların şimaldan ölkənin Gyeonggi şəhərinə doğru havaya qalxdığı bildirilib.

Açıqlamada xalqdan düşən balonlara toxunmamaq və orduya məlumat vermələri istənilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
29
turkustan.az

10Mənbələr