AZ

Culian Assanj rəsmən azadlığa buraxılıb

“WikiLeaks”in qurucusu Culian Assanj rəsmən azadlığa buraxılıb.

Məlumata görə, o, Saypan adasındakı (Şimali Mariana Adaları Birliyi) ABŞ Federal Dairə Məhkəməsinin binasını tərk edib.

Camaat onu alqışlarla qarşılasa da, Assanj jurnalistlərə şərh verməkdən imtina edib və avtomobilə əyləşərək Avstraliyaya uçmaq üçün hava limanına gedib.

“WikiLeaks”in təsisçisi ilə əldə olunan razılığa görə, ABŞ hakimiyyəti müqavilə bağlanana qədər etdiyi hərəkətlərə görə ona qarşı hər hansı yeni ittiham irəli sürməyəcəyini boynuna götürüb.

Bundan əlavə, ABŞ hakimiyyəti Assanja xüsusi icazə olmadan ABŞ-yə qayıtmağı qadağan edib. Öz növbəsində, onun vəkili Barri Pollak “WikiLeaks” saytının işini davam etdiriləcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
19
banker.az

10Mənbələr