AZ

İstirahət mərkəzində faciə - Suya tullanarkən başı daşa dəyib öldü

Cəlilabad rayon sakini Masallıda ölüb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
70
11
bakupost.az

10Mənbələr