AZ

AVRO 2024: İngiltərə Sloveniyaya qarşı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə və Sloveniya milli komandaları arasında matça start verilib.
Oxu.Az xəbər verir ki, görüş futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçirilir.
C qrupunun oyunu Kölndəki "Rhein-Energie-Stadion" stadionunda oynanılır.
Qarşılaşmanı Kleman Tyurpinin (Fransa) başçılıq etdiyi hakimlər heyəti idarə edir.
Qeyd edək ki, qrupun turnir cədvəlinə dörd xalla İngiltərə yığması başçılıq edir. İkinci və üçüncü yerləri hərəyə iki xal toplayan Danimarka və Sloveniya tutur. Dördlüyü cəmi bir xalı olan Serbiya komandası tamamlayır.
Beləliklə də, bu qrupda bütün komandaların yarışın pley-off mərhələsinə çıxmaq şansı var.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
oxu.az

10Mənbələr