Dünən günorta saatlarında Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində batan 25 yaşlı Babayev Rəhim Qurban oğlunun axtarışları bu gün də davam etdirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 25 yaşlı Babayev Rəhim Qurban oğlunun çaya hansı istiqamətdən daxil olması da əraziyə yaxın video kameraların yaddaşına düşüb və bu maddi sübut əlaqədar orqanlara təqdim edilib.
Videoda gəncin Kürqırağında paltarlarıını səliqəli şəkildə soyunması, çox sərbəst sahilboyu gəzişməsi və həmçinin Kürün qarşı sahilinə üzməyə başladığı əks olunub.
Xatırladaq ki, ötən gün Kürdə baş verən bədbəxt hadisə ilə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri də axtarışlara cəlb olunub.
Hələlik axtarışlar hər hansı nəticə verməyib.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta