AZ

Məşhur aktyor sağalmaz xəstəliyə TUTULUB – Karyerasını bitirə bilər (FOTO)

  Britaniyalı aktyor Rob Mallard etiraf edib ki, sinir sisteminin sağalmaz mütərəqqi xəstəliyi səbəbindən aktyorluq karyerasını bitirə bilər.

 Bu barədə o, “Daily Mirror”a məlumat verib.

32 yaşlı Mallard bildirib ki, ona ilk dəfə 14 yaşında əsas titrəmə diaqnozu qoyulub. Məşhur aktyor qeyd edib ki, uzun illər simptomların öhdəsindən gəlməyi bacarıb, hətta onları gizlətmək üçün öz üsullarını da hazırlayıb.

“Əşyaları parçalamaq və ya bir şeyi sındırmaq kimi təkrarlanan hərəkətlər etmək, titrəmələri gizlətməyin ən asan və təsirli yolu idi”.

Lakin sənətçinin sözlərinə görə, onun xəstəliyi daha sürətlə irəliləməyə başlayıb. Aktyor indi hər iki əlinin, qolunun və boynunun titrəməsindən şikayətlənib.

“Bəzən mənim də səsim titrəyir”, – deyə o vurğulayıb.

Mallard qeyd edib ki, ona titrəyişli obrazı oynamaq təklif olunub, lakin o, xəstəliyin onun işini və şəxsiyyətini müəyyən etməsini istəmədiyi üçün bundan imtina edib. Aktyor onu da əlavə edib ki, sağalmaq üçün heç bir təminat olmadığını başa düşsə də, gələcəkdə fokuslanmış ultrasəs müayinəsindən keçmək imkanını nəzərdən keçirir.  


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
referans.az

10Mənbələr