AZ

Sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlərin olduğu regionların adları açıqlanıb

Sertifikasiya

Bakı, 25 iyun, AZƏRTAC

Müəllimlərin sertifikatlaşdırması prosesində keçid balını toplamayan müəllimlər əsasən Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran Regional Təhsil idarəsi tabeliyindəki məktəblərdə çalışan müəllimlərdir.

AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, riyaziyyat fənni üzrə keçirilən sertifikasiyanın nəticələr yüksəkdir. “İngilis dili fənni üzrə də nəticələr qənaətbəxşdir. Təhlillər aparıldıqdan sonra sertifikasiya nəticələri ilə bağlı daha geniş məlumat veriləcək”, - deyə Nurlan İsmayılbəyli qeyd edib.

Seçilən
22
4
azertag.az

5Mənbələr