AZ

Ursula von der Leyen: Ölkələrin Aİ-yə qoşulması üçün qısa yol yoxdur

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna və Moldovanın Avropa İttifaqına ( Aİ) üzvlüyü ilə bağlı danışıqların başlanmasını şərh edərkən xatırladıb ki, ölkələrin Aİ-yə daxil olması üçün heç bir qısa yol yoxdur.
Elchi.az xəbər verir ki, o , bu barədə AK-nin saytında mətni olan videomüraciətində bildirib.
“Onlar bilirlər ki, səyahətləri çətin və tələbkar olacaq. Üzvlük danışıqları namizədləri üzvlük öhdəliklərinə hazırlamaq məqsədi daşıyır. Buna görə də bunun üçün heç bir qısa yol yoxdur”, – AK sədri vurğulayıb.
Bu yol çətin olsa da, Kiyev və Kişinyov üçün “imkanlarla doludur” , fon der Leyen əlavə edib.
Daha əvvəl Financial Times (FT) yazıb ki, müzakirələrin rəsmi başlama tarixinin 25 iyun 2024-cü il olmasına baxmayaraq, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların əsas mərhələsi 2025-ci ildən tez başlamayacaq. İndi Kiyevə islahatlar və Ukraynanın “qoşulmağa hazır” sayılmasından əvvəl qəbul edilməli olan qanunvericilik üçün “danışıqlar çərçivəsi” veriləcək.Nuranə Məmmədova

Seçilən
137
14
elchi.az

10Mənbələr