AZ

Azərbaycan və Mərakeş arasında viza rejimi ləğv edilir

Millim Məclisdə qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub
Azərbaycan və Mərakeş arasında ümumvətəndaş pasportlarının sahibləri viza tələbindən azad edilir. AYNA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
49
ayna.az

10Mənbələr