AZ

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 15 nəfər xilas edilib

FHN:

Bakı, 25 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 halda yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub.

Ümumilikdə, nazirliyin qüvvələri ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 15 nəfəri xilas edib, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
26
azertag.az

10Mənbələr