AZ

Lənkəranda 90 yaşlı qadın yanaraq öldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Lənkəranda yaşayış binasında yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb.
"Report"un cənub bürosunun məlumatına görə, hadisə Girdəni kəndində baş verib.
Belə ki, ikimərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Şəxsi heyət və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib. Bina sakinlərindən başqa xəsarət alan olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçiriblər. Meyit müayinə üçün Məhkəmə və Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
5
oxu.az

10Mənbələr