AZ

Fransa Ermənistanı alət kimi istifadə edir: Ekspertlər danışdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son vaxtlar Ermənistanın mövqelərimizi atəşə tutması, İrəvanın öz cəbbəxanasını durmadan gücləndirməsi sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli situasiyanı toksikləşdirmək cəhdlərindən xəbər verir.
Bütün bunları Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlıq mərhələsi kimi dəyərləndirənlər də var.
Millət vəkili Tural Gəncəliyev bildirib ki, burada əsasən Fransanın Ermənistandan manipulyasiya vasitəsi kimi istifadə edərək Azərbaycana, Cənubi Qafqaza qarşı atdığı destruktiv addımdan danışmaq lazımdır.
"Bu cür silahlanma Cənubi Qafqazda sülhü təhlükə altına qoyur. Məsələ bundan ibarətdir ki, Fransanın Ermənistanı silahlandırması təkcə Azərbaycanla əlaqəli deyil, bu regionda olan digər ölkələrə qarşı, onların milli maraqlarına qarşı çox ciddi şəkildə təhdid, birbaşa təhlükə yaradır. Məsələn, Fransanın Ermənistanı silahlandırması Fransanın əsas strateji rəqibi olan Rusiya və Türkiyəyə qarşı çox ciddi təhlükədir. Bu, Cənubi Qafqazı yeni bir müharibəyə sürükləyəcək addımdır. Hesab edirəm ki, bizim ölkəmiz konstruktiv və praqmatik addımlarla Ermənistanın bu siyasətinin qarşısını almağa qadir ölkədir", - deyə ekspert qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
50
oxu.az

10Mənbələr