AZ

İqtisadiyyat professoru anti-Rusiya sanksiyalarının Qərb üçün fəsadlarından danışdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu il iyunun 12-də ABŞ hakimiyyətinin elan etdiyi son anti-Rusiya sanksiyaları yəqin ki, tarix kitablarına düşəcək".
Bunu iqtisad elmləri doktoru, professor, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistratura proqramlarından birinin rəhbəri Stanislav Tkaçenko "Baku TV"yə müsahibəsində deyib.
"İqtisadçıların belə bir konsepsiyası var - məhdud rasionallıq. Bu zaman biz tərəfdaşın hərəkətlərini müşahidə edirik, lakin onların hansı məntiqdən qaynaqlandığını anlamırıq. Rusiya Federasiyasında ABŞ dollarına hücum, ödəniş sistemlərinin pozulması, yüksək texnologiyaların ticarətində dollardan istifadə edən bəzi banklara qarşı sanksiyalar və s. - bütün bunlar son nəticədə qeyri-təbiidir", - o qeyd edib.
Daha ətraflı "Baku TV"-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
oxu.az

10Mənbələr