AZ

“WordPad”i “Windows 11″ə qaytarmağın YOLU

“Windows Latest”in jurnalistləri “Windows 11″dən silinmiş “WordPad” mətn redaktorunu bərpa etməyin yolunu açıqlayıblar.

Viral.az xəbər verir ki, bu barədə medianın saytında məlumat verilib.

May ayının sonunda bəzi əvvəlcədən quraşdırılmış proqramlar “WordPad” mətn redaktoru da daxil olmaqla “Windows 11″in “24H2” versiyasından yoxa çıxıb. Nəşrin jurnalistləri aşkar ediblər ki, əslində proqramın sistem faylları ƏS-də qalıb. Onları “Windows NT” bölməsinin aksessuarlar qovluğunda tapmaq olar. Mütəxəssislər onu əməliyyat sisteminə qaytarmağın da yolunu tapıblar.

Bunun üçün jurnalistlərin təqdim etdiyi “WordPad” ilə əlaqəli faylı yükləməli və aksesuarlar qovluğuna köçürməlisiniz. Müəlliflər qeyd ediblər ki, “WordPad”i bərpa etmək onu yenidən quraşdırmaqla eyni deyil. Buna görə də, proqram başlat menyusunda mövcud olmayacaq. Bununla belə, redaktordan istifadə etmək üçün siz masaüstünüzdə qısayol yerləşdirə və ya onu başlat panelinə bağlaya bilərsiniz.

Qeyd edək ki, “Microsoft” mətn redaktorunu köhnəldiyini bildirdiyi üçün onu silib.

(redaktor.az)

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
23
viral.az

10Mənbələr