AZ

Tramp artıq özünün vitse-prezidentini seçib

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından Ağ Evin rəhbəri vəzifəsinə namizəd Donald Tramp seçiləcəyi təqdirdə kimin vitse-prezident olacağına qərar verib.

Olaylar bildirir ki, bu barədə Tramp yerli telekanala verdiyi müsahibəsində danışıb.

Trampın vitse-prezidenti hazırkı ABŞ lideri, Demokratlar Partiyasının namizədi Co Baydenlə iyunun 27-də keçiriləcək debatda iştirak edəcək.

"Bəli, o, orada olacaq (debatda - red.). Düşünürəm ki, ora çoxlu insan gələcək", - Tramp bildirib.

Tramp kimin namizədliyini seçdiyini heç kimə deməyib. Mənbələr onun Şimali Dakota qubernatoru Duq Berqam, Ohayo senatoru Ceyms Devid Vens və Florida senatoru Marko Rubio arasında seçim etdiyini bildirib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
olaylar.az

10Mənbələr