AZ

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Ötən

Bakı, 24 iyun, AZƏRTAC

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. İyunun 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 5 tüfəng, 5 patron darağı və müxtəlif çaplı 41 patron təhvil götürüblər.

Eyni zamanda, keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 12 tüfəng aşkar edilərək götürülüb.

 

 

Seçilən
91
23
azertag.az

10Mənbələr