AZ

Qaxda yük maşını ağaca çırpıldı, xəsarət alan var

Qaxda yük maşınının ağaca çırpılması nəticəsində bir nəfər xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə gecə saat 04 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayon sakini 1966-cı il təvəllüdlü Nəsib Mamed oğlu Mustafayevin idarə etdiyi “Mersedes Ateko” markalı 90 LR 851 dövlət nömrə nişanlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı maşında olan sərnişin Balakən rayon sakini 1985-ci il təvəllüdlü Əli Nizami oğlu Dato xəsarət alıb və o, maşının kabinəsində sıxılmış vəziyyətdə qalıb.

Ə. Dato Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq hadisə yerinə çağrılmış Qax Rayon Təcili Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Ə. Dato Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
10
konkret.az

10Mənbələr