AZ

AVRO-2024: Xorvatiya İtaliyaya, İspaniya Albaniyaya qarşı - AFİŞA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Futbol üzrə Avropa çempionatının B qrupunda növbəti mərhələyə yüksəlmək istəyən komandalar bu gecə meydana qələbə əzmi ilə çıxacaqlar.
Oxu.Az xəbər verir ki, böyük maraqla gözlənilən B qrupunun 3-cü turunda Xorvatiya millisi İtaliya seçməsi, Albaniya isə İspaniya ilə üz-üzə gələcək.
İspaniya millisinə böyük hesabla məğlub olan (0:3) Albaniya seçməsi ilə görüşdə gözlənilmədən heç-heçə edən (2:2) xorvatiyalılar növbəti mərhələyə yüksəlmək üçün İtaliya səddini aşmaq məcburiyyətindədirlər.
Çünki əgər möcüzə baş verərsə və Albaniya İspaniyanı məğlub edərsə, turun digər görüşündə isə İtaliya Xorvatiyaya qalib gələrsə, xorvatiyalılar turnirlə vidalaşmalı olacaqlar. Əgər Xorvatiya və Albaniya qalib gələrlərsə, İtaliya mövqeyini itirərək sonuncu pilləyə enəcək və turnirlə vidalaşacaq.
İspaniya və İtaliyanın qalib gələcəyi təqdirdə də Xorvatiya Albaniya ilə arasındakı top fərqinə görə turnirlə sağollaşacaq.
24 iyun
B qrupu
İspaniya - Albaniya
Saat 23:00, "Merkur Spiel-Arena"
Xorvatiya - İtaliya
Saat 23:00, "Red Bull Arena"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
oxu.az

10Mənbələr