AZ

Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Turanpress.org -a verilən məlumata görə, lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Şərq küləyi bəzi dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.Lakin gündüz qısamüddətə havanın tutulacağı, az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
49
turanpress.com

10Mənbələr