AZ

HƏMAS-ın hərbi qanadı məhv edilib?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail HƏMAS-ın hərbi qanadının məğlub olduğunu və "Hizbullah"a qarşı kampaniyanı genişləndirmək planlarını elan etməyə hazırlaşır.
Rəfahda hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail ordusu döyüş əməliyyatlarının üçüncü mərhələsinə keçəcək və Qəzza zolağı daxilində əməliyyatları fərqli üsulla davam etdirəcək.
Bildirilir ki, hazırda HƏMAS-ın Rəfah Briqadasının dörd batalyonundan ikisi çətin vəziyyətdə və tam məğlubiyyət ərəfəsindədir, digər ikisi isə orta döyüş hazırlığı səviyyəsindədir.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqari iki gün əvvəl HƏMAS-ın məhv edilməsinin real olmadığını deyib və bunu etmək üçün verilən vədləri "ictimaiyyətin gözünə kül üfürmək cəhdi" adlandırıb.
Onun sözlərinə görə, terror təşkilatını zəiflətməyin yeganə yolu Qəzza zolağında yeni hökumətin yaradılmasıdır ki, bu da İsrail hökumətinin qəbul etdiyi qərarlardan asılıdır. "HƏMAS bir ideyadır və insanların qəlbində kök salıb, onu aradan qaldıra biləcəyimizi düşünən hər kəs yanılır", - Haqari deyib.
Mənbə: detaly.co.il
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
50
oxu.az

10Mənbələr