AZ

"Formula-1" İspaniya Qran-prisinin təsnifat yarışları keçirlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" üzrə dünya çempionatının onuncu turunun seçmə mərhələsinin qalibi olub.
Yarış Barselona-Kataloniya avtodromunda keçirilir.
İkinci yeri "Red Bull" komandasının holland pilotu Maks Ferstappen tutub. Üçüncü yerdə "Mercedes"dən britaniyalı Lyuis Hamilton qərarlaşıb.
Əsas yarış bazar günü baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Barselona 1991-ci ildən bəri ardıcıl olaraq dünya çempionatına ev sahibliyi edir. İspaniya Qran-prisində qələbələrin sayına görə rekordçular yeddiqat dünya çempionları alman Mixael Şumaxer və Hamiltondur, onların hər biri altı qələbə qazanıb.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
oxu.az

10Mənbələr