AZ

REAL seçki ilə bağlı koalisiya yaradır

Xəbər verildiyi kimi, Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Milli Məclis ölkə rəhbərliyinə müraciət edib. Tribunainfo.az xəbər verir ki, dünən bununla əlaqədar parlamentdə qərar qəbul olunub. Yaxın günlərdə isə seçkinin dəqiq tarixi məlum olacaq.

Qeyd edək ki, bununla əlaqədar olaraq bəzi partiyalar artıq seçkidə iştirakla bağlı hazırlıqlara başlayıb. Belə ki, REAL partiyası bazar günü toplaşaraq, namizdələrinin yekun siyahısını təsdiq edəcək.

Partiyanın sədri İlqar Məmmədov bildirib ki, onlar təkcə öz namizədləri ilə kifayətlənmək istımirlər. “Gələn həftə isə partiyamızın üzvü olmayan şəxslərin iştirakı ilə koalisiyanın mümkünlüyünə baxacağıq. Buna siyasi zərurət varsa, tanınmış ictimai-siyasi şəxslərlə seçki ittifaqı qura bilərik. Gələn həftənin sonuna qədər bu haqda da yekun qərarımız olacaq”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
28
tribunainfo.az

10Mənbələr