AZ

Sabah hava necə olacaq? - PROQNOZ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında iyunun 23-də hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gündüzyarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalıvar.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24°,gündüz 28-33° olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civəsütunu olacaq. Nisbi rütubət gecə 55-65 %, gündüz 40-50 %olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliintensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğruəksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər arabir dumanolacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 31-36°, dağlarda gecə10-15°, gündüz 17-22° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
49
az.trend.az

10Mənbələr