AZ

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİB

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

***

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Seçilən
101
49
operativmm.az

10Mənbələr