AZ

Xəstəliyinə görə atasının tərk etdiyi Ülkərin dəstəyə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İki yaşlı Ülkərin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Zamirə Tağıyeva məlumat verib.
O bildirib ki, övladı kəskin böyrək çatışmazlığından əziyyət çəkir.
"Ülkərin iki yaşı var, artıq bir ildir, böyrək çatışmazlığından əziyyət çəkdiyini öyrənmişik. Həmin gündən də əlimizdən nə gəlir, edirik. Həkimlər yaşının az, bədəninin gücsüz olduğu üçün böyrəkköçürmə əməliyyatına dözə bilməyəcəyini deyirlər. İnanın, bu əməliyyat üçün necə pul toplayacağımızı bilmirik. Türkiyədə bir həkimlə danışmışıq, onu yoxlanışa aparmağımızı istəyib bizdən. Bunun üçün isə bizim 3 000 manata ehtiyacımız var".
Gənc ana övladını tək böyütdüyünü qeyd edib.
"Yoldaşım Ülkər 5 aylıq olarkən onun xəstəliyini bəhanə edərək bizi tərk etdi. Həmin gündən də qayıtmışam atamın evinə. Sağ olsunlar, bacardıqları qədər dəstək olurlar. Özüm də mağazaların birində satıcı işləyirəm. İki ildə heç kimdən dəstək istəməmişəm, amma son dövrlər tamamilə tükənmişəm. Yardımsevər şəxslərdən övladıma dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (070) 968-78-79.
"Kapital Bank": 4169 7388 4122 5661.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
oxu.az

10Mənbələr