AZ

“Yuxuda inək sağıram” – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko gecələr yuxularında inək sağdığını etiraf edib.

Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda “Pul Pervovo” teleqram kanalı məlumat yayıb.

“Daha yaxşı iş yoxdur, mən bunların hamısından keçmişəm. İndi gecələr birlikdə işlədiyim insanları yuxuda görürəm. İnəkləri yuxuda görürəm, onları sağıram. Dəhşət!”, – Lukaşenko bildirib.

Belarus lideri onu da əlavə edib ki, prezidentlik cəfəngiyyatdır. Onun sözlərinə görə, heyvanları, bitkiləri əhatə etdiyi üçün ən maraqlı iş kənd təsərrüfatı sahəsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
10
medianews.az

10Mənbələr