AZ

Kliniki ölümdən sonra insan necə dirilir?

Kliniki ölüm keçirmiş xəstələr tez-tez parlaq işıq parıltıları və qaranlıq tunel gördüklərini bildirirlər. Bu mövzu bütün dünya alimlərinin diqqətini cəlb edib və bununla bağlı çoxlu araşdırmalar aparılıb. Amerikalı mütəxəssislərin son araşdırmalarından birini moyzhurnal portalı təsvir edib.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, ürək döyüntüsü dayandıqda beyinə qan tədarükü də dayanır. Bu da oksigen çatışmazlığından geri dönməz nəticələrə gətirib çıxarır. Nəticədə beyin ölməyə başlayır və insan huşunu itirir. Hətta intensiv reanimasiya tədbirləri də bu vəziyyəti dəyişdirmək iqtidarında deyil.

Nyu-York Universitetindən amerikalı alim Sem Parnia kliniki ölümlə bağlı bir neçə araşdırma aparıb. Onun işi göstərir ki, ölüm təsdiqləndikdən sonra şüur ​​insanda daha 20 saniyə qala bilər.

Onun sözlərinə görə, ürək dayanmasından sonra beyin fəaliyyət göstərə bilər. Bu qısa müddət insana həyata qayıtmaq şansı verir.

Tibbi təcrübədən məlumdur ki, orqanizm ölümdən sonra (ürək dayanması) 3-6 dəqiqə ərzində öz funksiyalarını bərpa edə bilir. Klinik ölümdən sonra beynin elektrik aktivliyi tədricən azalır: bəzi bölgələr ölür, digərləri işləməyə davam edir.

Lakin amerikalı tədqiqatçılar sensasiyalı bir araşdırma təqdim ediblər. Onlar bildirir ki, klinik ölümdən sonra həyatı 12 saat saxlamaq mümkündür. Alimlər donuzun beynində süni qan dövranı sistemindən istifadə etməklə apardıqları təcrübədə oksigen və qida maddələrinin ölü toxumaya daxil olmasından sonra beyində aktivlik əlamətlərinin olduğunu aşkar ediblər.

Sinir hüceyrələrinin stimullara cavab verməsi, zəif elektrik impulsları və immun sisteminin reaksiyası qeydə alınıb. Beyin strukturlarının fəaliyyət əlamətləri təkcə 12 saatdan sonra deyil, həm də tədqiqatın 1,5 günü ərzində müşahidə olunub.


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
5
kanal14.az

10Mənbələr