AZ

ÜST-dən diabet və arıqlamaq üçün istifadə edilən saxta dərmanlarla bağlı XƏBƏRDARLIQ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə ikinci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan saxta semaqlutid sinifli dərmanlarla bağlı tibbi məhsul xəbərdarlığı edib.
Qurum arıqlamaq üçün nəzərdə tutulan bu dərmana tələbatın artdığını və onun saxta məhsullarının da eyni sürətlə çoxaldığını vurğulayıb.
"ÜST-nin Qlobal Nəzarət və Monitorinq Sistemi (GSMS) 2022-ci ildən bəri bütün coğrafi bölgələrdə saxta semaqlutid məhsulları ilə bağlı məlumatların artdığını müşahidə edir", - deyə ÜST-nin açıqlamasında bildirilib.
Semaqlutidlər, ikinci tip diabetli insanlara qan şəkərinin səviyyəsini aşağı salmaq, ürək-damar xəstəlikləri riskini azaltmaq və arıqlamaq üçün təyin olunan dərmanlar kimi tanınırlar.
Mənbə: Haber Global
Seçilən
113
50
oxu.az

10Mənbələr